top of page
Абстрактный фон
logo.png

ELM VƏ İNNOVATİV

TEXNOLOGİYALAR

Nəşr etikası

 

Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar

 

”Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin  bütün mərhələlərində  ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərin (müəlliflər, jurnalın redaktorlar, rəyçilər və nəşriyyatçı) gözlənilən etik qaydalara əməl etmələri tələb olunur.

 

Redaktorun rolu: Redaktorların rolu jurnal üçün  təqdim edilən məqalələrin aşağıdakı bölmələrə uyğun olub-olmadığını qiymətləndirməkdən ibarətdir: (a) məqalənin keyfiyyəti, (b) məqalənin jurnalın məqsədinə uyğun olub-olmadığı və (c) məqalənin orijinallığı. Redaktorlar təqdim edilmiş  məqalə ilə bağlı hər hansı bir məlumatı rəyçilərdən və redaksiya heyətinin üzvlərindən başqa heç kimə məlumat vermir. Redaktorlar rəy prosesini tez bir zamanda həyata keçirilməsini təmin edir. Redaktor  hər hansı bir irqi, cinsi, etnik mənsubiyyəti, dini və ya cinsi yönümünə uyğun olmadan məqalələrin əsas elmi məzmununu qiymətləndirməyin vacib olduğunu unutmamalıdır. 

 

Rəyçilərin rolu: Rəy prosesi redaktorların  qərar qəbul etməsini asanlaşdırmaq  və məqalənin keyfiyyətini yüksəltmək üçün çox önəmlidir. Rəyçilər məqalədə qeyd olunmayan  uyğun nəşrləri qeyd etməklə yanaşı,  mövzu ilə bağlı əvvəllər dərc edilmiş nəşrlərlə də oxşarlıqları qeyd etməlidirlər. Rəyçilər məqalələrə heç vaxt  rəqabət qabiliyyəti, maliyyə və ya əməkdaşlıq faktoru kimi baxmırlar. Əgər ki,  rəyçi  məqaləni rəy etməyə tam potensialının  çatmadığını düşünürsə, mütləq bu barədə redaktoru məlumatlandırmalı və rəy prosesini dayandırmalıdır. Rəy prosesi başlayanda ilk öncə məqalələr məxfi sənəd kimi qəbul edilməli və  redaktorun icazəsi olmadan başqasına göstərilə və ya müzakirə oluna bilməz. Normal olaraq, müəlliflərə əsasən 3 həftə ərzində   rəy hesabatları ilə bağlı məlumat  verilə bilər. Rəyçinin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı bir hala rast gəlinərsə,buna  göz yumulmayacaqdır.

 

Müəlliflərin rolu: Orijinal ( daha əvvəl heç bir yerdə çap olunmamış və ya nəşr olunması planlaşdırılmayan məqalələr nəzərdə tutulur.) məqalə müəllifləri hazırladığı  elmi işdə səliqəli, aydın şəkildə  elmi müzakirələri  xətasız olaraq hazırlamalı və başqa müəlliflərə məqaləyə istinad etmələri üçün uyğun şərait yaratmalıdır. Əvvəllər  mövzu ilə bağlı nəşr olunan məqalələr əsnasında tədqiqata üstünlük verilməlidir. Müəlliflər, məqaləni hazırlayarkən iş, dizayn, eksperimental tətbiq , məlumatların təhlili və şərh edilməsi ilə bağlı məsələlərdə müəllifə yardım edənlər ilə məhdud səviyyədə olmalıdır. Belə ki, qeyd edilən məsələlərdə önəmli dəstək göstərən  şəxslər məqaləyə həmmüəllif olaraq daxil edilməlidir. Məqalə təqdim edən bir müəllif  qeyd edilən məsələlərlə bağlı  ciddi bir yanlışlığa yol verərsə, məqaləni düzəltmək və ya geri çəkmək üçün Jurnalın redaktorunu məlumatlandırmalıdır.

Müəlliflər, “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) tələblərinə əsasən müəyyən edilmiş bütün nəşriyyat qaydalarına riayət etməlidirlər.

Məqalədə məlumatların saxtalaşdırılması, manipulyasiya edilməsi və bu cür təhrif etmə halları  nəşr etikasına uyğun deyildir. Məlumatların saxtalaşdırılması və ya səhvə yol vermə, plaqiat, istinadsız işin mənimsənilməsi ilə yanaşı, məqalənin intihalçılığı yolverilməz hallardır. Bu sahədə baş verən  sui-istifadə hallar çox ciddi olaraq nəzərə alınacaq və “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) qaydalarına uyğun həll ediləcəkdir. 

 

Nəşriyyatçının rolu

 

 Çap olunan elmi məqalədə hər hansı bir saxta məlumat,  manipulyasiya halları və  və bu cür təhrif etmə halları öz təsdiqini taparsa, nəşriyyatçı , redaksiya heyəti üzvləri ilə birlikdə vəziyyəti aydınlaşdıraraq, ya səhvlə bağlı rəsmi məlumat dərc etməli və ya məqaləni geri qaytarmalıdır.

 

Açıq Giriş və Lisenziya siyasəti

 

Elm və innovativ Texnologiyalar jurnalı açıq girişli jurnaldır. Bütün məqalələr Creative Commons Attribution License (CC-BY-NC-ND) lisenziyası altında çap olunur.Bu lisenziya istifadəçilərə ticarət etmək və başqa məqsədlərə xidmət etmədən yükləməyə və paylaşmağa icazə verir. 

 

Məqalənin orijinallığı

 

Məqaləni jurnala təqdim edərkən ilkin olaraq, bunun original bir məqalə olduğu və heç bir yerdə nəşr edilmədiyi kimi anlaşılır. Plaqiat halı, məqalənin inhisarçılığı  halı aşkar edilərsə, jurnalı heyəti tərəfindən lazımi tədbirlər alınacaq və buna göz yumulmayacaqdır. Məqaləni jurnala təqdim etməmişdən əvvəl anti-plaqiat proqramlarından istifadə edilə bilər.

 

Rəy prosesi

 

Jurnala təqdim olunan məqalələr ilkin olaraq redaktor tərəfindən yoxlanılır. Bu mərhələdə məqalənin keyfiyyəti  jurnala uyğun deyilsə,  məqalə   rəysiz  geri qaytarıla  bilər. Qısa müddətdə imtina cavabını  alan müəlliflərə redaktor tərəfindən rəy  prosesinə ehtiyac olmaması ilə bağlı məlumat verilir. 

Rəy prosesinə qiymətləndirmə üçün qəbul edilən məqalələr bəzi hallarda, ikili və ya üçlü rəy prosesinə də göndərilə bilər. Əldə edilən rəy nəticələrinə uyğun olaraq, redaktor məqalə ilə bağlı öz qərarını verir. Bu istiqamətdə bizim strategiyamız   rəy prosesi nəticəsində məqalələr ilə bağlı əldə edilən konstruktiv nəticələri  mümkün olduqca qısa müddətdə  müəlliflərə göndərməkdir.

Aşağıda Elm və İnnovativ Texnologiyalar Jurnalının rəy prosesini  açıqlayırıq:

 

· Müəllif məqalə təqdim edər və məqalə Redaksiya Heyəti tərəfindən nömrələnir,

· Məqaləyə Redaktor təyin edilir,

· Redaksiya Heyəti məqalənin rəy prosesinə göndərib-göndərməyəcəyinə qərar verir,əgər ki, məqalənin qəbul    olunmaması ilə bağlı qərar verilirsə, redaktor müəlliflə əlaqə yaradıb məlumat verir,

· Qəbul olunursa,redaktor məqaləyə uyğun rəyçilər təyin edir və bu haqda müəllifə  məlumat verilir,

· Rəyçilər məqaləni rəydən keçirməyə icazə verər,

· Bəlli bir müddətdən sonra rəyçilər  rəy haqqında  Redaktora rəsmi məlumat göndərir,

· Redaksiya Heyəti daxil olan rəy haqqında müzakirələr aparır və redaktor son qərarı verir.Bu proses  müddətində rəyçilər əlavə konsultasiyalara da cəlb oluna bilərlər və redaktor  rəyçilərlə araçı olaraq əlaqə         qurar,

· Son qərarla bağlı redaktor müəllifə məlumat verir,

· Əgər ki, məqalə qəbul olunmayıbsa, müəllif məqaləni başqa bir jurnala göndərə bilər.Məqalə rəy     prosesindən keçmişdirsə,  müəllif rəy nəticələrini də göndərə bilər.

 

Paralel nəşr

 

Paralel nəşr, bir müəllifin eyni / oxşar məqalələri akademik jurnallara və hər hansı Nəşriyyat evində dərc olunan iki fərqli jurnallara göndərdiyi zaman baş verir. Eyni məlumatlar əsasında tərtib olunaraq, təqdim edilən məqalələrdə önəmli bir fərqlilik  nəzərə alınmır. O cümlədən, eyni/oxşar məqalənin müxtəlif dillərdə dərc olunan  jurnallara göndərilmə prosesi də Paralel nəşr sayılır. 

 

Müəlliflik

Hər müəllif, məqalə təqdimatının intellektual mahiyyətinə uyğun olaraq kifayət qədər dəstək göstərməlidir.Aparıcı müəllif, hər bir  müəllifin   elmi əsərin təqdimatında  əməyini siyahıya almalıdır. Məqalə təqdimatından sonra müəlliflərin adları ləğv və ya əlavə olunarsa bununla bağlı imzalı şəkildə Redaksiyaya məktub göndərilməlidir.

Aparıcı müəllif  məqaləni çap etdirmək üçün təqdim  edən  zaman  hər bir müəllifin  tam məsuliyyət daşıması barəsində  təsdiqnamə verməlidir. Müəllif, göndərmə və məqalənin sonrakı proseslərinə uyğun olaraq hazırlanmasına, rəy olunmasına,analiz edilməsinə böyük töhfə verən biridir.Bir elmi məqalənin bütün müəllifləri,məqalənin təqdimatını qəbul etməli və məqalənin araşdırılması ilə bağlı məsuliyyət daşımalıdırlar.Bütün müəlliflərin  oxumadan və təsdiqləməməsindən əvvəl məqalənin təqdim  edilməsi  qeyri-etik hal kimi qəbul olunur.

İstinadlar

 

Məqalə yalnız müvafiq istinadlardan ibarət olmalıdır. Məqalə ilə əlaqəli olmayan istinadların daxil edilməsi  qəbul edilməz haldır.  Eyni ilə, məqaləyə aidiyyatı olmadığı halda ,  öz-özünə istinad etdirmək   qeyri-etik haldır.  

 

Maraqların toqquşması

 

Müəllifin yazılı razılığı olmadan onun  nəşr olunmamış materialı rəyçinin öz tədqiqatında istifadə oluna bilməz. Rəy prosesində əldə olunmuş məlumat və ideyaların konfidensiallığı qorunmalı və şəxsi məqsədlər üçün istifadə olunmamalıdır. Rəyçilərin hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə  əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən yaranan münaqişələri mövcud olduqda müvafiq məqalələrə  rəyçilikdən imtina etməlidirlər.

 

Elm və İnnovativ Texnologiyalar Jurnalı PNAS-ın (Amerika Birləşmiş Ştatlar  Milli Elmlər Akademiyasının Elmi Əsərləri) maraqların toqquşması ilə qaydalarına əməl edir.

uzluk.jpg

Elm və İnnovativ Texnologiyalar Beynəlxalq elmi-araşdırmalar jurnalı

ma.png

I VITSE-PREZİDENT

MEHRİBAN

ƏLİYEVA

ia.png

PREZİDENT

İLHAM

ƏLİYEV

Elm və İnnovativ Texnologiyalar jurnalı

Moskva prospekti 67,  Bakı AZ1012

Bakı 370096

Azərbaycan Respublikası

Telefon: +994 12 431 4767 (dax:4423)

                                                                          Fax:+994 12 431-58-81

E-mail: journalofsit@gmail.com

Abunə ol

Təşəkkür!

Без названия (2).png

© 2024 

Indexed by:

ebsco.png
Без названия.png
aySwW1tP_400x400_edited.jpg
Без названия (1).jpg
unnamed.png

The publication is licensed under a Creative

Commons License (CC BY-NC-ND )

https://creativecommons.org/licenses/by-nc-nd/4.0/

bottom of page