top of page
Абстрактный фон
logo.png

ELM VƏ İNNOVATİV

TEXNOLOGİYALAR

Jurnal haqqında

 

Jurnal  19 iyun  2017-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Mətbu nəşrlərin reyestrinə daxil edilmə nömrəsi- № 4122

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  2018-ci il 04 iyul , №-11-R tarixli qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilmişdir.

"Elm və İnnovativ Texnologiyalar ” beynəlxalq elmi araşdırmalar jurnalı ildə 4 dəfə dərc olunan , ictimaiyyət üçün açıq olan resenziyalı,  elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiət  sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır.Jurnalda  indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir.Əsas məqsədimiz elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət  qurmaqdır.

"Elm və İnnovativ Texnologiyalar ” beynəlxalq elmi araşdırmalar jurnalı  məzmununa görə elmi- tədqiqat nəşr kimi fəaliyyət göstərir. Jurnal əsasən  Azərbaycan, Rus , İngilis və Türk dillərində elmi məqalələri dərc edir.Jurnal eyni zamanda konfranslar, simpoziumlar, elmi məktəblər, ümumiyyətlə, elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatlara da səhifələrində yer verir.Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir.

Jurnalda hakimli rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir.Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc aspirant və doktorantlar, tədqiqatçılar da jurnalda məqalə çap etdirə bilərlər.

Müəlliflik hüquqları

Məqalələrin müəlliflik hüquqları, çap olunduqdan sonra EİTJ Nəşriyyatı tərəfindən həyata keçirilir. Bununla belə, istifadəçilər  naşir və ya müəllifdən əvvəlcədən icazə almadan belə  jurnalda çap olunan məqalələrin tam mətnini oxumaq, yükləmək, surətini çıxarmaq, yaymaq, çap etmək kimi hüquqlara sahibdir.

 

Arxivləşdirmə

Elm və İnnovativ Texnologiyalar jurnalının bütün elektron nömrələrinin arxivləşdirilməsi üçün PORTİCO ilə müqavilə bağlamışdır. Eyni zamanda jurnalın dərc olunan bütün nömrələri çap şəklində nəşriyyatda və elektron olaraq jurnalın saytında, arxiv bölməsində saxlanılır.

uzluk.jpg

Elm və İnnovativ Texnologiyalar Beynəlxalq elmi-araşdırmalar jurnalı

ma.png

I VITSE-PREZİDENT

MEHRİBAN

ƏLİYEVA

ia.png

PREZİDENT

İLHAM

ƏLİYEV

Elm və İnnovativ Texnologiyalar jurnalı

Moskva prospekti 67,  Bakı AZ1012

Bakı 370096

Azərbaycan Respublikası

Telefon: +994 12 431 4767 (dax:4423)

                                                                          Fax:+994 12 431-58-81

E-mail: journalofsit@gmail.com

Abunə ol

Təşəkkür!

Без названия (2).png

© 2024 

Indexed by:

ebsco.png
Без названия.png
aySwW1tP_400x400_edited.jpg
Без названия (1).jpg
unnamed.png

The publication is licensed under a Creative

Commons License (CC BY-NC-ND )

https://creativecommons.org/licenses/by-nc-nd/4.0/

bottom of page